İDMAN
“İnter” “Fola” səddini keçə bilmədi
Bakı, 20 iyul, AZƏRTAC
Bakının “İnter” klubu futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi “Emil Mayriş” stadionunda Lüksemburqun “Fola” klubu ilə qarşılaşıb.
Oyuna fəal başlayan ev sahibləri matçın 20-ci dəqiqəsində Samir Hacinin vurduğu qolla hesabı açıblar. Matçın 31-ci dəqiqəsində Enis Saiti fərqi iki topa çatdırıb. İlk hissə bu hesabla da başa çatıb.
Görüşün 59-cu dəqiqəsində Tom Laterza üçüncü topu “İnter”in qapısından keçirib.
Bu qoldan 11 dəqiqə sonra Pərdis Farcad-Azad buraxılan toplardan birinin əvəzini çıxıb.
Oyunda son nöqtəni isə Sacras qoyub. O, 90-cı dəqiqədə hesabı 4:1 çatdırıb.
Matç bu hesabla da yekunlaşıb.