İDMAN


“İnter”-“Kəpəz” oyununda qalib müəyyənləşməyib

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Avqustun 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının üçüncü turu çərçivəsində daha bir oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakının “İnter” komandası Gəncənin “Kəpəz” klubunu qəbul edib. “İnter Arena”da keçirilən oyun heç-heçə yekunlaşıb - 2:2

Baş hakim Ömər Paşayevin idarə etdiyi oyunda “Kəpəz”in qollarını Tural Axundov və Julien Ebah vurublar. Bakı təmsilçisinin heyətində Adrian Skarlatake və Ruslan Abışov fərqləniblər.

Tura avqustun 20-də keçiriləcək “Qarabağ”-“Neftçi” oyunu ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.