İDMAN


“İnter”–“Mladost” oyununu ukraynalı hakimlər briqadası idarə edəcək

Bakı, 3 iyul, AZƏRTAC

Futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dalğa Arena”da keçiriləcək “İnter” (Bakı)–“Mladost” (Serbiya) oyununu ukraynalı hakimlər idarə edəcək.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, görüşün baş hakimi Mykola Balakin olacaq. Ona həmyerliləri Volodimir Volodin və Oleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anatoli Jabçenko yerinə yetirəcək.

Matçın UEFA nümayəndəsi moldovalı Sergiu Lisnic, hakim-inspektoru isə polşalı Robert Malek olacaq.

Qarşılaşma iyulun 6-da saat 21.00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda “İnter” 3:0 hesabı ilə qələbə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.