İDMAN


“İnter” klubu İtaliya millisinin üzvünü transfer edir

Bakı, 4 avqust, AZƏRTAC

İtaliyanın “İnter” klubu daha bir futbolçunu heyətinə cəlb edir.

AZƏRTAC xəbər verir ki, Milan təmsilçisi “Latsio”nun hücumçusu Antonio Kandrevanı transfer edir.

İtaliya millisinin üzvü tibbi baxışdan keçmək üçün Milana gedib. Daha sonra 29 yaşlı futbolçu “İnter”lə müqavilə imzalayacaq.

Transferə görə “İnter” paytaxt klubuna 21 milyon avro ödəyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.