İDMAN
“İnter” komandası “Sumqayıt”a minimal hesabla qalib gəlib
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Topaz Premyer Liqasının (TPL) XXII turu çərçivəsində günün ikinci oyununda paytaxt təmsilçisi “İnter” öz meydanında “Sumqayıt”ı qəbul edib.
AZƏRTAC xəbər verir ki, baş hakim Əliyar Ağayevin idarə etdiyi matçın 40-cı dəqiqəsində Nizami Hacıyev “İnter”i hesabda irəli çıxarıb – 1:0.
Qalan dəqiqələrdə qapılara qol vurulmayıb və matç “İnter”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu oyundan sonra aktivində 25 xal olan “Sumqayıt” klubu beşinci pillədədir. “İnter” isə 39 xalla üçüncü yerdəki mövqeyini möhkəmləndirib.
TPL-nin XXII turuna martın 14-də “Qarabağ”–“AZAL” və maraqla gözlənilən “Neftçi”–“Qəbələ” matçlarından sonra yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:38]
Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb
- 26.04.2024 [11:53]
Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ
- 26.04.2024 [11:46]
Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub
- 26.04.2024 [11:24]
“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib
- 26.04.2024 [10:55]
“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm
- 26.04.2024 [10:34]
Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur
- 26.04.2024 [10:23]
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb
- 26.04.2024 [01:04]