İDMAN


“İnter” komandası final fitinə az qalmış qələbəni əldən verib

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında ilk dövrənin son turuna start verilib.

AZƏRTAC xəbər verir ki, VII turun ilk oyununda “İnter” Zirənin eyniadlı komandasını qəbul edib. “İnter Arena”da keçirilmiş görüş heç-heçə ilə nəticələnib - 1:1.

Meydan sahibləri hesabı 22-ci dəqiqədə Ağabala Ramazanovun qolu ilə açıblar. Qalibiyyətə çox yaxın olan “İnter” uzatma dəqiqələrində təşəbbüsü əldən verib. “Zirə” Viktor İqbekoyinin baxımlı qolu ilə bərabərliyi təmin edib.

Beləliklə, xallarını 15-ə çatdıran “İnter” ikinci pillədə yer alıb. Üç oyunluq məğlubiyyət seriyasından sonra xal qazanan “Zirə” isə yeddi tur ərzində cəmi 7 xal yığa bilib. “Zirə” 5-6-cı yerləri “Kəpəz”lə bölüşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.