İDMAN


“İnter” komandası tura qalibiyyətlə yekun vurub

A+ A

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyununda Bakının “İnter” klubu “Sumqayıt”ı qəbul edib. Meydan sahibi bu matçda əzmkar qələbə qazanmağı bacarıb - 3:1.

Belə ki, “Sumqayıt”ın gənc futbolçusu Mirabdulla Abbasov oyunun ikinci dəqiqəsində hesabı açsa da, meydan sahibləri fasiləyədək dönüş yarada bilib. Zurab Xizanaşvili 21-ci dəqiqədə tarazlığı bərpa edib. İkinci hissədə isə kapitan Nizami Hacıyev (55,80) etdiyi dublla komandasına növbəti qələbəni qazandırıb.

Bu nəticə ilə “İnter” 20 xalla 3-cü pillədə möhkəmlənib. “Sumqayıt” isə 9 xalla altınci yeri tutur. “Qəbələ” 24 xalla turnir cədvəlinə liderlik edir. Hesabinda 22 xalı olan “Qarabağ” komandası isə 2-ci pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.