İDMAN
“Interior Design” jurnalı Bakıda tikilmiş Milli Gimnastika Arenası barədə yazmışdır VİDEO
Bakı, 7 may (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nəşr olunan “Interior Design” jurnalında bu ölkədə fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun Bakıda tikilmiş Milli Gimnastika Arenası barədə məqaləsi dərc edilmişdir.
AZƏRTAC xəbər verir ki, məqalədə “Bakı-2015” ilk Avropa Oyunlarının obyektlərindən biri olan Milli Gimnastika Arenasının inşasının uğurla başa çatdırıldığı bildirilir.
Müəllif qeyd edir ki, bu möhtəşəm arenanın arxitekturası və dizaynı göz oxşayır. Arenanın binası qeyri-adi olmaqla yanaşı, bədii gimnastikada istifadə olunan lenti xatırladır. Layihənin xarici dizaynında milli rəmzlərdən də istifadə olunduğunu bildirən müəllif binanı bəzəyən işıqların Azərbaycan bayrağını əks etdirdiyini yazmışdır.
Məqalənin sonunda Milli Gimnastika Arenasında bu il 23-cü Avropa Çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2019-cu ildə isə dünya çempionatının keçiriləcəyi oxucuların diqqətinə çatdırılır.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: http://www.designmena.com/thoughts/broadway-malyan-completes-national-gymnastics-arena-in-baku