ELM VƏ TƏHSİL


İnternat məktəbində bayram şənliyi

Bakı, 23 dekabr, AZƏRTAC 

Dekabrın 23-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə internat məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, rəqslər nümayiş etdirilib.

Sonra internat məktəbinin şagirdlərinə bayram hədiyyələri təqdim olunub.

Tədbirdə məlumat verilib ki, bu müəssisə 1937-ci ildən 6 nömrəli Uşaq Evi, 1985-1986-cı tədris ilindən isə internat məktəbi kimi fəaliyyət göstərir. Təhsil Nazirliyi tərəfindən əsaslı təmir və yenidənqurma işlərinin aparıldığı internat məktəbində 11 sinif otağı, 5 fənn kabineti, 2 laboratoriya və 1 informatika otağı var. Məktəbdə valideyn himayəsindən məhrum olmuş 162 nəfər uşaq təlim-tərbiyə alır. Onlardan 47-si qız, 115-i oğlandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.