İQTİSADİYYAT


İnternet istifadəçiləri milli telekanalları pulsuz izləyə biləcəklər

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Efir analoq yayımının dayandırılması ərəfəsində “Myvideo.az” platforması və “KATV1 Smart” milli telekanalları açıq şəkildə yayımlayacaqlarını bəyan etdilər.

KATV1-dən AZƏRTAC-a bildirilib ki, internet istifadəçiləri milli telekanalları www.myvideo.az internet-platforması, “Myvideo.az” mobil əlavəsi və KATV1 Smart cihazı (set-top-box) vasitəsilə rahat şəkildə izləyə biləcəklər. Milli kanalların qeyd edilən platformalar vasitəsilə izlənməsi üçün heç bir ödəniş tələb olunmur. Həmin platformaların texnologiyası telekanalların ongünlük arxivinə maneəsiz və pulsuz girişi də təmin edir. Bu texnologiyanın üstünlüyü ondan ibarətdir ki, istifadəçilər istədikləri verilişi on gün ərzində özləri üçün daha rahat olan vaxtda izləyə bilsinlər. Ayrıca olaraq bu platformalarda, həmçinin daim yenilənən xəbərlər, filmlər və seriallar da təqdim olunur.

Xatırladaq ki, efir analoq yayımı Bakı ərazisində cari il noyabrın 1-dən, Azərbaycanın digər bölgələrində isə dekabrın 1-dən etibarən dayandırılacaq. Qeyd edilən tarixlərdən etibarən yalnız rəqəmli teleyayım fəaliyyət göstərəcək və efir telekanalların izlənməsi üçün əlavə xüsusi cihazlar tələb olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.