ELM VƏ TƏHSİL
İnternet istifadəçilərinin sayı 2020-ci ildə dörd milyardı ötəcək
Bakı, 18 fevral, AZƏRTAC
Beynəlxalq Telekommunikasiya İttifaqının statistikasına görə, 1995-ci ildə dünya üzrə hər yüz nəfərdən biri internet xidmətindən istifadə edirdisə, 2000-ci ildə bu rəqəm yeddiyə çatıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, internetdən istifadə edənlərin sayı 2015-ci ildə 3,2 milyard təşkil edib. Bir il sonra isə dünyada təxminən 3,5 milyard nəfər internet çıxışına malik olub.
Ötən il Amerika qitəsində hər yüz nəfərdən 65-i, Müstəqil Dövlətlər Birliyi ölkələrində 66-sı, ərəb ölkələrində 41-i, Afrikada 25-i, Avropada 79-u, Asiya və Sakit Okeanı ölkələrində isə 42-si internetə çıxış imkanı əldə edib.
Proqnozlara görə, 2020-ci ilədək dünyada internet istifadəçilərinin sayı 4,1 milyarda çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]