DÜNYA


İnternet istifadəçilərinin sayına görə Çindən sonra Hindistan da ABŞ-ı qabaqlayıb

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

BMT-nin müvafiq Komissiyasının məlumatına görə, Hindistanda 333 milyon internet istifadəçisi var.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, Hindistan ən böyük internet bazarı olan Çindən sonra ikinci yeri tutub və ABŞ-ı ötüb. Çində internet istifadəçilərinin sayı 721 milyondur.

BMT Komissiyası qeyd edir ki, Yer üzündə 3,9 milyard insan qlobal şəbəkədən məhrumdur. Onların 55 faizi əhalisi ən sıx olan dövlətlərin, o cümlədən Çin və Hindistanın vətəndaşlarıdır. Komissiyanın qiymətləndirməsinə görə, az inkişaf etmiş 48 dövlətdə internet istifadəçilərinin sayının artması qeydə alınıb. Bu dövlətlərin vətəndaşlarının təxminən 15 faizi bu il qlobal şəbəkənin istifadəçisi olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.