CƏMİYYƏT


İnternet portalının rəhbərinə Baş Prokurorluqda xəbərdarlıq edilib

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Politico.az” internet portalında yayılmış məlumatda ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün hər cür qəsdlərdən qorunub saxlanılması sahəsində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmaqla və ictimai rəyi çaşdırmaqla, durmadan güclənən, ən müasir standartlara cavab verən hərbi texnika ilə təmin edilmiş, yüksək hərbi təhsili, mənəvi hazırlığı və döyüş qabiliyyəti olan peşəkar zabit və əsgərlərə malik Azərbaycan ordusu barədə yalan və qərəzli informasiyalar ictimailəşdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar portalın baş redaktoru Əsəd Əliyev Baş Prokurorluğa dəvət edilib. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələrindən sui-istifadə olunmasına yol verilməməzliyi onun diqqətinə çatdırılıb. Həmçinin Ə.Əliyevə gələcəkdə qanunvericiliyin tələblərinə zidd yalan və qərəzli məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.