İQTİSADİYYAT


İnternetdən ən çox istifadə edənlər 15-24 yaş arasında gənclərdir

Bakı, 1 avqust, AZƏRTAC

İnternetdən istifadə edənlərin dörddəbiri 15-24 yaş arasında gənclərdir.

AZƏRTAC BMT Radiosuna istinadla xəbər verir ki, bu məlumat Beynəlxalq Telekommunikasiya İttifaqının son məruzəsində yer alıb.

Dünyada gənclərin 70 faizi ümumdünya hörümçək torundan istifadə edir. Onların təxminən yarısı Hindistan və Çində yaşayır. Zəif inkişaf etmiş ölkələrdə gənclər internet istifadəçilərinin üçdəbirini təşkil edir.

Ölkələrin əksəriyyətində kişilər internetdən qadınlarla müqayisədə daha çox istifadə edirlər. Bu, müxtəlif sahələrdə, o cümlədən təhsildə gender bərabərsizliyi ilə bağlıdır. Gender bərabərsizliyi göstəricilərinin xeyli aşağı olduğu Şimali və Cənubi Amerika ölkələrində qadınlar internetdən kişilərlə müqayisədə daha çox istifadə edirlər.

Məruzədə bildirilir ki, 2017-ci ildə mobil genişzolaqlı internet istifadəçilərinin sayı xeyli dərəcədə artaraq 4,3 milyarda çatıb. Bunun da böyük hissəsi Çindədir.

Azərbaycanda əhalinin 78 faizi internet istifadəçisidir, bunun da 72 faizi genişzolaqlı internetin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.