DÜNYA


İnterpolun keçirdiyi xüsusi əməliyyat çərçivəsində 149 silah qaçaqçısı saxlanılıb

Bakı, 21 aprel, AZƏRTAC

Beynəlxalq Polis Təşkilatı - İnterpol Şərqi Avropa ölkələrində silah qaçaqçılarına qarşı əməliyyat keçirib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İnterpoldan verilən məlumata görə, 23 ölkənin qatıldığı ortaq əməliyyatlar nəticəsində 149 nəfər saxlanılıb.

“Trigger 2” adı ilə təşkil edilən əməliyyatlarda təxminən 320 odlu silah və əl bombaları, partlayıcı maddələr ələ keçirilib. Sərhəd bölgəsində 40 mindən çox avtomobilin axtarışı üçün təşkil edilən əməliyyata 7 min 840 polis cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.