REGİONLAR


İntiqam Babayev: Məqsədimiz region gənclərinin fəallığını daha da artırmaqdır

A+ A

Şəki, 29 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə əlaqədar Gənclər və İdman Nazirliyi tərəfindən respublikanın müxtəlif regionlarında təşkil edilən “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda regional forumların əsas məqsədi ictimai fəal gənclərlə fikir mübadiləsi aparmaq, ölkədə dövlətçilik, quruculuq sahəsində əldə olunan nailiyyətləri gənclərə daha canlı şəkildə çatdırmaq, onların bu sahədə fəallığını artırmaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman nazirinin müavini İntiqam Babayev Şəkidə keçirilən forum zamanı jurnalistlərə müsahibəsində deyib.

Forumun, eyni zamanda, dövlət gənclər siyasəti çərçivəsində gənclərin gələcəkdə hansı işləri görmək istədiklərini öyrənmək, onların təklif və təşəbbüslərini dinləmək məqsədi daşıdığını vurğulayan nazir müavini deyib: “Düşünürəm ki, bu kimi layihələr gənclərlə müvafiq dövlət qurumları arasında canlı şəkildə diskussiyalar həyata keçirən, fikir mübadiləsi aparan yeni bir platformadır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.