MƏDƏNİYYƏT


“İntizar” monodramı bəstəkar Fərəc Qarayevin redaktəsində İsveçrədə təqdim ediləcək

A+ A

Bakı, 7 avqust, AZƏRTAC

Noyabrın 20-də İsveçrənin Luqano şəhərindəki “RSI” auditoriyasında görkəmli bəstəkar Arnold Şönberqin “İntizar” monodramı Əməkdar İncəsənət Xadimi Fərəc Qarayevin redaktəsində səsləndiriləcək.

AZƏRTAC Fərəc Qarayevin saytına istinadla xəbər verir ki, əsər “Ensemble 900” tərəfindən təqdim olunacaq. Orkestrə Arturo Tamayo dirijorluq edəcək. Solist Kerol Sidni Luis (soprano) olacaq.

Qeyd edək ki, Arnold Şönberqin böyük orkestr və soprano üçün yazdığı “İntizar” monodramını bəstəkar Fərəc Qarayev 2004-cü ildə instrumental ansambl və soprano üçün işləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.