İQTİSADİYYAT


“İnvestisiya layihələri” kataloqu yenilənib

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunmasını stimullaşdırmaq məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən hər il hazırlanan "İnvestisiya layihələri" kataloqu yenilənib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kataloqda kənd təsərrüfatı, sənaye, alternativ və bərpa olunan enerji, turizm, İKT, tikinti və sair kimi ölkə iqtisadiyyatının prioritet sahələrini əhatə edən və xarici investorlar üçün maraqlı ola biləcək 65 investisiya layihəsi əksini tapıb.

"İnvestisiya layihələri" kataloqu AZPROMO tərəfindən keçirilən tədbirlər və ikitərəfli görüşlər zamanı xarici iş adamlarına təqdim edilir. Artıq potensial investorlar tərəfindən kataloqda yer almış layihələrlə bağlı AZPROMO-ya müraciətlər də daxil olur.

Kataloqla İqtisadiyyat Nazirliyinin www.economy.gov.az  və AZPROMO-nun www.azpromo.az  internet səhifələrində tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.