İQTİSADİYYAT


İnvestisiya təşviqi mexanizmləri ilə bağlı treninqlərə başlanılıb

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən investisiya təşviqi mexanizmi ilə bağlı hüquqi şəxslər və fərdi sahibkarlar üçün treninqlərin keçirilməsinə başlanılıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, treninqlərdə hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi qaydası, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara təsdiqedici sənədin verilməsi və s. barədə məlumat verilir.

Treninqlər cari ilin sonunadək təsdiq edilmiş plan əsasında Bakı şəhərində və bölgələrdə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.