İQTİSADİYYAT


İnvestisiyaların və istiqrazların sığortalanması müzakirə olunub

Bakı, 25 may, AZƏRTAC

Bakı Fond Birjasının (BFB) təşəbbüsü və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) dəstəyi ilə fond birjası və sığortaçılar arasında keçirilən görüşdə sığorta şirkətlərinin investor qismində kapital bazarlarında iştirakı və bu istiqamətdə yaranan suallar, investisiyaların və istiqrazların sığortalanması müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə BFB-dən verilən məlumatda bildirilir.

İyirmiyə yaxın aparıcı sığorta şirkətlərinin, investisiya şirkətlərinin, sığorta və maliyyə sahəsi ilə əlaqəli digər şirkətlərin nümayəndələrinin iştirak etdikləri görüşdə, eyni zamanda, Bakı Fond Birjasının fəaliyyəti barədə geniş təqdimat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.