RƏSMİ SƏNƏDLƏR


“İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 468 nömrəli Fərmanının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv olunması haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 472-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 468 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 745) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2017-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır