SİYASƏT


İordaniya Universitetinin məzunu Ayla Cəfərova ölkəsinin təbliğatçısı kimi yadda qalıb

Əmman, 27 iyul, AZƏRTAC

Ayla İordaniya Universitetində təhsil aldığı bu dörd il ərzində burada Azərbaycanın “elçisi” olub və biz onun sayəsində bu ölkə barədə çox şey öyrənmişik. Bu sözləri İordaniya Dövlət Universitetinin müəllimi və dekanı Zoubi Zoubi 2017-ci il məzunlarının təntənəli yığıncağında həmvətənimiz Ayla Cəfərovanı ali məktəbi biznesin idarə olunması ixtisası üzrə müvəffəqiyyətlə bitirməsi münasibətilə təbrik edərkən söyləyib.

Bəli, regionun ən nüfuzlu ali məktəblərindən birinin həm müəllimlərində, həm də tələbələrində həmvətənimiz barədə məhz bu fikir möhkəm qərarlaşıb. A.Cəfərova bu təhsil ocağında oxuduğu illər ərzində yaxşı nəticələr əldə etməklə bərabər, vətəndaş fəallığı və vətənpərvərliyi ilə seçilib. O, yorulmaq bilmədən hamını ölkəsi ilə tanış etməyə çalışıb, dəfələrlə Azərbaycandan, onun iqtisadi nailiyyətlərindən, ölkəmizin beynəlxalq məkanda yerindən və rolundan, qədim və zəngin mədəniyyətindən, adət-ənənələrindən bəhs edən təqdimatlar keçirib, ətrafındakı insanları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırıb.

Aydın məsələdir ki, tələbənin əsas vəzifəsi yaxşı oxumaqdır. Xarici ölkənin ali məktəbində oxumaq isə təmsil etdiyin ölkəyə və xalqa görə üzərinə ikiqat məsuliyyət qoyur. Bu baxımdan təhsilində yüksək nəticələr əldə etmiş və oxuduğu ali məktəbin kollektivi arasında böyük nüfuz qazanmış həmvətənimizlə fəxr edə bilərik.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əmman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.