DÜNYA


İordaniya kralı yazıçının qətlə yetirilməsini qətiyyətlə qınayıb

A+ A

Əmman, 29 sentyabr, АZƏRTAC

İordaniya kralı II Abdullah sentyabrın 25-də Əmmanda qətlə yetirilmiş tanınmış yazıçı və publisist Nahed Hattarın doğma kəndini ziyarət edib, ailə üzvlərinə başsağlığı verib.

PETRA dövlət informasiya agentliyinin yaydıgı məlumata görə, kral II Abdullah yazıçıya qarşı törədilmiş cinayəti qətiyyətlə qınayıb və belə bir hadisənin iordaniyalıların mədəniyyətinə və tolerantlıq ənənələrinə yad olduğunu söyləyib.

Xatırladaq ki, sentyabrın 25-də şəhər məhkəməsinin qarşısında naməlum şəxs yazıçının başına üç güllə vuraraq qətlə yetirib. Cinayətkar həbs olunub, istintaq gedir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əmman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.