SİYASƏT


İordaniya mətbuatı ötən 25 ildə Azərbaycanın qazandığı nailiyyətlərdən yazır

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

İordaniyanın nüfuzlu “Əl-Dustur” qəzetində və “Ammonnews” xəbər agentliyində səfir Muvaffaq Əl-Acluninin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı məqaləsi dərc edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, məqalənin əvvəlində İordaniya Kralı II Abdullahın Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu yer alıb.

Yazıda Bakı şəhərinin gözəlliyindən, Azərbaycanın müsəlman Şərqində ilk demokratik dövlət olmasından, beynəlxalq əlaqələrindən, investisiya qoyuluşu və turizm sahələrindəki nailiyyətlərindən, ölkəmizdəki tolerantlıqdan danışılır. Müəllif, eyni zamanda, Azərbaycandakı siyasi sabitlikdən və iqtisadi inkişafdan, ölkəmizin strateji əhəmiyyətli və əsas ticarət yollarının kəsişməsində yerləşməsindən, neft, qaz və digər təbii sərvətlərlə zəngin olmasından, həmçinin Azərbaycan–İordaniya əlaqələrindən bəhs edir.

Bundan başqa, məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, beynəlxalq birlik tərəfindən bu siyasətin qətiyyətlə pislənilməsindən, problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdən söhbət açılır. BMT Baş Məclisinin, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurası Parlament Assambleyasının, NATO-nun, Qoşulmama Hərəkatının və digər beynəlxalq qurumların da müvafiq qərar və qətnamələr qəbul etdikləri diqqətə çatdırılır. Vurğulanır ki, bu sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir, işğal edilmiş torpaqların qeyd-şərtsiz geri qaytarılması tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.