DÜNYA


İordaniya parlamentinə seçkilərdə səsvermə prosesi başa çatıb

A+ A

Əmman, 21 sentyabr, AZƏRTAC

İordaniya Müstəqil Seçki Komissiyasının sədri Xalid al-Kalaldi Əmmanda keçirilən mətbuat konfransında elan edib ki, Haşimilər Krallığının qanunverici orqanına ümumi seçkilərdə səsvermə prosesi başa çatıb. Dairə komissiyalarının üzvləri səsləri hesablamağa başlayıblar. Müstəqil Seçki Komissiyası sədrinin sözlərinə görə, seçkilərin ilkin yekunu yaxın vaxtlarda məlum olacaq, yekun nəticələr isə bütün səslər tam hesablandıqdan sonra elan ediləcək.

Həmçinin qeyd edilib ki, İordaniya parlamentinə seçkilər azad və şəffaf keçirilib. Bir neçə məntəqədə cüzi qanun pozuntusu olub ki, bunlar diqqətlə araşdırılacaq.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əmman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.