DÜNYA


İordaniyada seçki məntəqəsindən kənarda atəş açan naməlum şəxs saxlanılıb

A+ A

Əmman, 20 sentyabr, AZƏRTAC 

İordaniya KİV-lərinin yaydığı məlumata görə, parlament seçkiləri günü Madaba şəhərinin cənubunda seçki məntəqəsindən kənarda naməlum şəxs atəş açıb.

İordaniya hökumətinin rəsmi nümayəndəsi, informasiya məsələləri naziri Məhəmməd al-Momini mətbuat konfransında bildirib ki, Madaba şəhərindəki seçki məntəqəsindən kənarda atəş açan adam təhlükəsizlik qüvvələri tərəfindən dərhal həbs edilib. Hazırda hüquq-mühafizə orqanları saxlanılan şəxsin bu hərəkətinin səbəb və motivlərini araşdırır.

Xatırladaq ki, bu gün İordaniyada ölkənin qanunverici orqanına ümumi seçkilər keçirilir. Müstəqil Seçki Komissiyasının ilkin məlumatına görə, İordaniya vaxtı ilə saat 12-dək ölkənin təxminən yarım milyon vətəndaşı səs verib.

Səsvermədə İordaniyanın 4 milyondan çox vətəndaşı iştirak edəcək. Seçkilərin keçirilməsi prosesinə 80 mindən çox insan və 10 mindən çox könüllü cəlb edilib. Krallığın parlamentində 130 yer uğrunda Müstəqil Seçki Komissiyasında qeydiyyatdan keçmiş 1252 namizəd – 253 qadın və 999 kişi mübarizə aparır. Rəsmi məlumata görə, seçkilərin gedişini 14 mindən çox beynəlxalq və yerli müşahidəçi, o cümlədən Avropa İttifaqının nümayəndə heyəti izləyir. Habelə 1700-dən çox akkreditasiyadan keçmiş jurnalist İordaniyada keçirilən parlament seçkilərini işıqlandırır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əmman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.