Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

İordaniyanın “7stars TV” telekanalında Xocalı soyqırımı ilə bağlı reportaj yayımlanıb

İordaniyanın “7stars TV” telekanalında Xocalı soyqırımı ilə bağlı reportaj yayımlanıb

Bakı, 23 fevral, AZƏRTAC 

İordaniyanın “7stars TV” telekanalında “Azərbaycan Respublikasının İordaniyadakı səfirliyi Xocalı soyqırımının ildönümünü qeyd edir” adlı 58 dəqiqəlik veriliş nümayiş olunub.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, verilişdə Ermənistanın hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş qırğında 613 nəfərin həlak olduğu, 150 nəfərin itkin düşdüyü qeyd edilib. Səfir Sabir Ağabəyov, səfirliyin müşaviri İlham Əliyev, İordaniya Senatının İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin sədri, senator Mərvan əl-Hmud, İordaniya Baş nazirinin sabiq müavini Saleh Ərşidat, Nümayəndələr Palatasının sabiq üzvü Hazem Qaşou, iordaniyalı diplomat, səfir Muvaffaq əl-Acluni, sabiq mədəniyyət naziri Samir Habaşne, yazıçı, Tədqiqatlar və İnformasiya Məsləhətləşmələri üzrə “Ərəbçilik evi”nin /“Dar əl-Arubə”/ baş direktoru Sultan Haşim Xəttab, yazıçı-jurnalist, tarixçi Ömər əl-Armuti və başqaları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən, respublikamıza qarşı erməni təcavüzünə son qoyulmasını, Xocalıda törədilən qırğının dünya ictimaiyyəti tərəfindən soyqırımı və müharibə cinayəti kimi tanınmasını və Azərbaycanın işğal olunmuş torpaqlarının tam azad edilməsini tələb edən fikirlər səsləndiriblər.

Səfir S.Ağabəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışaraq, erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini və bununla da bir milyondan artıq insanın öz yurdundan didərgin düşdüyünü diqqətə çatdırıb. O, Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşilikdən bəhs edərək onların amansızcasına qətlinin bütün bəşəriyyətə qarşı cinayət olduğunu xüsusi vurğulayıb. Səfir işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsinə dair beynəlxalq təşkilatlar tərəfindən bir neçə qətnamənin qəbul olunduğunu diqqətə çatdırıb. S.Ağabəyov İordaniya Senatının Xocalı soyqırımının tanınması və qətiyyətlə pislənməsi barədə sənəd qəbul etdiyini, habelə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla bağlı keçirilən səsvermələrdə İordaniya tərəfinin daim sabit dost mövqe nümayiş etdirdiyini məmnunluqla vurğulayıb, Kral II Abdullaha, İordaniya xalqına və hökumətinə Azərbaycan xalqı və hökuməti adından minnətdarlığını bildirib.

Səfirliyin müşaviri İlham Əliyev Xocalı soyqırımı ilə bağlı tarixi faktları və həqiqətləri izləyicilərin diqqətinə çatdırıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti, azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən qətliamlara məruz qalması, kəndlərin və şəhərlərin, dini və tarixi abidələrin, məktəblərin, məscidlərin və qəbiristanlıqların dağıdılması və yandırılması, bu təcavüzün hələ də davam etməsi barədə məlumat verib. Bildirib ki, Xocalı soyqırımı 1905-1907-ci, 1918-ci, 1948-1950-ci illərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri silsilə qırğınların davamıdır və bu qətliamlar işğalçı Ermənistanın irqçi və soyqırımı siyasətini əks etdirir, “Böyük Ermənistan” kimi sərsəm bir ideyanın həyata keçirilməsinə xidmət edir. Ermənistanın bölgədə davam edən təxribatları, Azərbaycan Ordusunun uğurlu aprel döyüşləri və həmin döyüşlər nəticəsində düşməndən azad edilmiş ərazilərdə yenidənqurma işlərinə başlanması barədə məlumat verən müşavir Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman barışmayacağını, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini, işğal altında olan bütün torpaqlarımızın sülh yoluna razılıq verilməyəcəyi təqdirdə güc yolu ilə tezliklə azad ediləcəyini bildirib.

Daha sonra çıxış edən İordaniya Senatının İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin sədri senator Mərvan əl-Hmud, İordaniya Baş nazirinin sabiq müavini Saleh Ərşidat, Nümayəndələr Palatasının sabiq üzvü Hazem Qaşou, iordaniyalı diplomat, səfir Muvaffaq əl-Acluni, sabiq mədəniyyət naziri Samir Habaşne Xocalı soyqırımının dünya tarixində ən kədərli və hüznlü tarix kimi qeyd edildiyini bildirib və Xocalı faciəsini bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndiriblər. Qeyd ediblər ki, İslam Konfransı Təşkilatı Parlament İttifaqı Şurasının 9-cu iclası zamanı qəbul edilmiş Qətnamənin 3-cü bəndində İKT Pİ-yə üzv parlamentlərin erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində azərbaycanlı dinc əhaliyə qarşı törətdiyi kütləvi qırğın “insanlığa qarşı törədilmiş cinayət” kimi tanıdığı qeyd olunub. Xocalı soyqırımını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ərzində törədilmiş cinayətlərin ən dəhşətlisi olduğunu bildirərək, münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini qeyd edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən başlayaraq Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə sistematik işlərin görüldüyünü və bunun Xocalı şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi üçün milli və insani vəzifə olduğunu diqqətə çatdırıblar.

Daha sonra verilişdə İordaniyanın nüfuzlu yazıçı-publisisti və jurnalisti Ömər Əl-Armuti ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qazandığı uğurlar barədə məlumat verib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Xocalı faciəsindən və məhv edilmiş bu şəhərin əhalisinin qəddarlıqla qətlə yetirilməsindən danışıb, faktlar və statistik göstəriciləri öz kitabında əks etdirdiyini deyib.

İordaniyanın nüfuzlu yazıçı-publisisti və jurnalisti, teleaparıcı Sultan Həttab Azərbaycanın işğal edilmiş torpaqlarını hərbi yolla azad etməyə tam qadir olduğunu vurğulayıb.

Verilişin sonunda səfir S.Ağabəyov və İordaniyanın bir sıra rəsmi şəxsləri telekanala müsahibə verərək, Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib, Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı cinayət aktı kimi qiymətləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib