İQTİSADİYYAT


“İpək Yolu İqtisadi Kəməri” ölkələrinin Logistika Əməkdaşlığı İttifaqı yaradılıb

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Çinin Sincan-Uyğur muxtar rayonunun inzibati mərkəzi olan Urumçi şəhərində “İpək Yolu İqtisadi Kəməri” ölkələrinin Logistika Əməkdaşlıq İttifaqı yaradılıb. AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, 85 Çin və xarici liman, habelə logistika xidmətləri üzrə müəssisə qurumun üzvü olub.

Təsis mərasimində ittifaqın üzvləri dəmir yolu, gömrük, keyfiyyət və karantin nəzarəti, habelə hüquqi sahədə transsərhəd logistika xidmətlərini təmin etmək üzrə əməkdaşlığı fəallaşdırmağa hazır olduqlarını bildiriblər. Məqsəd əmtəə dövriyyəsi və resursların qarşılıqlı artırılmasına yardım göstərməkdir.

Sincan-Uyğur muxtar rayonundakı “Luqan” beynəlxalq şirkətinin icraçı direktoru Syuy Yunsin Logistika Əməkdaşlıq İttifaqı sədri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.