DÜNYA
“İpək yolu”: Praqanın, Londonun heyranlığı və Berlinin skeptisizmi
Praqa, 25 may, AZƏRTAC
“Reuters” agentliyinin məlumatına əsasən, ÇXR-in sədri Si Szinpin Pekində keçirilən “Bir kəmər – bir yol” forumunda Çinin yeni “İpək yolu”nun inkişafı ilə bağlı layihəyə ümumilikdə 124 milyard dollar ayıracağını vəd edib. ÇXR artıq mövcud olan “İpək yolu” Fonduna 14,5 milyard dollar köçürəcək.
Çexiya Respublikasının Prezidenti Miloş Zeman yeni “İpək yolu”nu müasir tarixdə ən cazibədar layihə adlandırıb.
Almaniya isə “İpək yolu” təşəbbüsünə münasibətdə Çexiya və Böyük Britaniyadan fərqli olaraq, skeptik mövqedə dayanır. Almaniyanın iqtisadiyyat və energetika naziri Brigitte Sipris ölkəsinin müştərək bəyanata layihədə azad ticarət və sağlam rəqabətin yer alacağı təqdirdə imza atacağını bildirib.
Qərb ölkələrinin bir neçə diplomatı həm Pekin konfransını, həm də, sözügedən təşəbbüsü Çinin qlobal miqyasda nüfuzunu artırmaq cəhdləri kimi səciyyələndirib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa