İQTİSADİYYAT


İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 23 may, AZƏRTAC

Mayın 25-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 15 milyon manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

AZƏRTAC AİF-ə istinadla xəbər verir ki, istiqrazlar 1 004,0833 manat qiyməti ilə satışa çıxarılacaq. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti martın 6-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3 faiz təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirilmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.