İQTİSADİYYAT
İpoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondu ASC-nin faizli, adlı, sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2014008687) nominal qiymətlə həcmi 15 milyon manat təşkil edib. Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilib. İstiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1,001.17 manat təyin edilib.
Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib. Yerləşdirmənin anderrayteri qismində birja üzvü “PAŞA Kapital İŞ” QSC çıxış edir. İstiqrazlar 2037-ci il dekabrın 18-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]