İQTİSADİYYAT


İpoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 25 may, AZƏRTAC

Mayın 25-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin faizli, adlı, sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2016008685) nominal qiymətlə həcmi 15 milyon manat təşkil edib. Hərrac zamanı sifarişlərin qəbulu Bakı Fond Birjasının ticarət reqlamentinə əsasən saat 11:00-dan 12:30-dək həyata keçirilib.

İstiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1,004.0833 manat təyin edilib. İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 15,000,000 manat olub. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.

Yerləşdirmənin anderrayteri qismində birja üzvü "PAŞA Kapital" QSC çıxış edir. İstiqrazlar 2037-ci il dekabrın 18-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.