İQTİSADİYYAT


İpoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 8-də Bakı Fond Birjasında "Azərbaycan İpoteka Fondu" ASC-nin faizli, adlı, sənədsiz ipoteka istiqrazlarının yeni buraxılışının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərraca çıxarılan istiqrazların (ISIN nömrəsi AZ2017008684) nominal qiymətlə həcmi 10 000 000 manat təşkil edib. İstiqrazların buraxılış şərtlərinə əsasən hərrac qiyməti 1,005.2500 manat təyin edilib. İstiqrazlar üzrə toplanmış tələbin həcmi nominal qiymətlə 10,000,000 manat olub. Hərraca çıxarılmış istiqrazlar tam həcmdə yerləşdirilib.

Yerləşdirmənin anderrayteri qismində birja üzvü "PAŞA Kapital" İŞ QSC çıxış edir. İstiqrazlar 2037-ci il dekabrın 18-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.