SİYASƏT


“İqla” daşınan zenit-raket kompleksinin qida blokunu satmaq istəyən erməni hərbçisi saxlanılıb

Bakı, 2 avqust, AZƏRTAC

İşğal olunmuş ərazilərimizdə yerləşdirilən düşmən ordusunda özbaşınalıq halları artmaqda davam edir. Bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində daha bir insident baş verib.

AZƏRTAC xəbər verir ki, “İqla” daşınan zenit-raket kompleksinin qida blokunu oğurlayıb satmaq istəyən əslən yezidi kürdü olan Valodya Sloyan adlı hərbi qulluqçu saxlanılıb.

Ələ keçdiyini görən V.Sloyan kompleksin qida blokunu yararsız hala salmağa nail olub. İlkin araşdırma zamanı blokun xarab olduğunu və təmir etdirmək üçün götürdüyünü deyən V.Sloyan sonradan komandirin tapşırıqlarını yerinə yetirmək üçün pul lazım olduğundan qida blokunu satmaq məcburiyyətində qaldığını bildirib.

Hazırda Xankəndidə yerləşən hərbi istintaq baş idarəsində faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.