CƏMİYYƏT


İqlim Dəyişikliyi üzrə Paris Konfransının sədri 55 ölkənin bu sənədi ratifikasiya edəcəyinə ümid bəsləyir

A+ A

Bakı, 21 iyul, AZƏRTAC

Əgər iqlim dəyişikliyi probleminin nə qədər əhəmiyyətli olduğunu başa düşdüyümüzü bəşəriyyətə göstərmək istəyiriksə, o zaman aprelin 22-də Nyu-Yorkda imzalanmış sazişin 55 ölkə tərəfindən tezliklə ratifikasiya olunmasını təmin etmək mənəvi borcumuzdur. Belə ki, karbon qazı tullantılarının 55 faizi bu ölkələrin payına düşür.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bunu İqlim Dəyişikliyi üzrə Paris Konfransının sədri, Fransanın ekologiya, energetika və dəniz resursları naziri Seqolen Ruayal bildirib.

Davamlı inkişaf üzrə yüksək səviyyəli siyasi forumda iştirak etmək üçün Nyu-Yorkda gələn S.Ruayal keçən il Parisdə dünya ölkələri arasında razılaşdırılmış ətraf mühitin mühafizəsi sahəsində məqsədlərlə bağlı Fransanın həyata keçirdiyi işlərə dair məruzə təqdim edib, habelə uzunmüddətli milli fəaliyyət planından danışıb.

Bundan başqa, S.Ruayal Paris Sazişinin qüvvəyə minməsi üzrə işləri fəallaşdırmaq xahişi ilə BMT-nin Baş katibinə müraciət edib.

S.Ruayal media nümayəndələri ilə söhbətində qeyd edib ki, Fransada baş verən son faciəli hadisələrə baxmayaraq, o, birgə fəaliyyətin davamlı inkişafa, yoxsulluğun azaldılmasına, qeyri-bərabərliyin aradan qaldırılmasına, eləcə də bütün bəşəriyyəti əhatə edən iqlim dəyişikliyi problemlərinin həllinə zəmanət verəcəyinə əmindir. Söhbətin sonunda Seqolen Royal jurnalistləri əmin edib: “Mən gələcəyə nikbinliklə baxıram və kollektiv ağlımıza güvənirəm. Biz düzgün qərarlar qəbul etdik, tərəfdaşlıq münasibətlərimiz və Paris Konfransında qəbul edilmiş öhdəliklər əsasında Sazişin ratifikasiyasını təmin edib iqlim dəyişikliyinin qarşısını ala bilərik”.

Xatırladaq ki, BMT Baş Məclisi insanların, ölkələrin və bütövlükdə planetin inkişaf və tərəqqisini təmin edəcək “Davamlı inkişafın 17 məqsədi”ni 2015-ci ilin sentyabrında yekdilliklə qəbul edib. Bu il sentyabrın 21-də BMT Baş Məclisində həm İqlim Dəyişikliyi üzrə Sazişi ratifikasiya etmiş, həm də bu beynəlxalq sənədi ratifikasiya etməyi planlaşdıran ölkələrin təmsilçilərinin görüşü keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.