CƏMİYYƏT


İqlimşünaslar tropiklərdə nazik buludların iqlimi necə sərinləşdirdiyini aydınlaşdırıblar

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Tropik enliklərdə nazik buludluluq iqlimin sərinləşməsinə böyük təsir göstərir. Stokholm və Mayami universitetlərinin alimləri bu qənaətə gəliblər. AZƏRTAC “rns.online” saytına istinadla xəbər verir ki, tədqiqatın təfsilatı “Nature Communications” jurnalında dərc olunub.

Alimlər peyklər və lidarlardan (atmosferin zondlanması üçün istifadə olunan lazer lokatorlar) toplanan məlumatları təhlil ediblər. Məlum olub ki, tropiklərdə orta yarusun nazik buludları (dəniz səviyyəsindən təxminən beş metr hündürlükdə) çox vaxt dərin konvektiv buludların bilavasitə yaxınlığında formalaşır. Bundan başqa, məlum olub ki, nazik buludların yaratdığı soyutma effekti çox yüksəkdə olan yarımşəffaf uzunsov buludların doğurduğu istiləşmə effekti qədər əhəmiyyətli ola bilər.

Meteoroloqlar ümidvardırlar ki, tədqiqatın nəticələri bundan sonra da elmi ictimaiyyətin marağına səbəb olacaq. Alimlər qeyd ediblər ki, iqlim modelləri qurularkən orta yarusun buludları nəzərə alınsa, iqlim dəyişikliyi proqnozları daha dəqiq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.