İQTİSADİYYAT


İqor Seçin: Neft hasilatının azaldılması sazişinə qoşulmayan ölkələr öz bazar paylarını artırmağa çalışırlar

Bakı, 2 iyun, Nihad Budaqov, AZƏRTAC 

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılmasına dair sazişinə qoşulmayan bəzi mühüm neft istehsalçısı ölkələr öz bazar paylarını artırmağa çalışırlar.

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkətinin idarə heyətinin sədri İqor Seçin deyib. İ.Seçin qeyd edib ki, həmin neft istehsalçısı ölkələr sabit bazar yerinə nizamsız bir bazar yarada bilərlər.

“Rosneft” şirkətinin idarə heyətinin sədri bildirib ki, OPEC və bəzi qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılması sazişi neft bazarında yenidən canlanma yaradıb. Sazişə ən böyük töhfəni isə Rusiya və Səudiyyə Ərəbistanı verib.

O, ABŞ-da neft hasilatının son 21 ayın maksimumuna çatdığını deyərək bu çərçivədə OPEC sazişinin uzun perspektivdə neft bazarında sabitlik yaradacağını düşünmək yanlış olacağını bildirib: “Sazişin uğurlu olması üçün bütün istehsalçı ölkələr burada iştirak etməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.