ELM VƏ TƏHSİL
İqtisad Universitetində ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi beynəlxalq sertifikatının müddəti uzadılıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Türk Standartları İnstitutunun auditorlarının Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Keyfiyyəti İdarəetmə Sisteminin auditi başa çatıb.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, ISO 9001:2008 KİS layihəsi çərçivəsində 2012-2015-ci illəri əhatə edən audit prosesi üç gün davam edib. Bu müddətdə ISO standartlarına uyğun olaraq ADİU-da keyfiyyəti idarəetmə sisteminin təkmilləşdirilməsi, bütün struktur bölmələri, mərkəzləri, fakültələri və kafedraları üzrə keyfiyyəti idarəetmə sisteminin icra sənədlərinin auditi həyata keçirilib. Auditin son günü universitet rəhbərliyi və əməkdaşlarının iştirakı ilə keçirilən yekun iclasda, auditin nəticələrinə dair qərar verilib.
Qərara əsasən, universitetin bakalavr, magistr və doktorantura pillələri üzrə ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi beynəlxalq sertifikatının standartlara uyğun olduğu təsdiqlənib və üç il müddətinə uzadılıb.