İQTİSADİYYAT
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Vyanada təlimdə iştirak edib
İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi- Tədqiqat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədbirə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Ukrayna, Avstriya, Polşa, Rumıniya və Macarıstandan 30-dan çox mütəxəssis qatılıb.
İqtisadi İslahatlar Elmi -Tədqiqat İnstitutunun direktor müavini Mətanət Rəsulova təlimdə iştirak edib.
Təlimdə Beynəlxalq Valyuta Fondunun Potensialın İnkişafı İnstitutunun iqtisadçısı Cianni de Nikolanın, Birləşmiş Vyana İnstitutunun əməkdaşları Mixail Pranoviçin və Maksim İvanynanın klassik xətti reqressiya modeli və onun modifikasiyası, zaman sıralarının stasionarlığının yoxlanılması, ARIMA, VAR və VECM, ARCH modellərinin praktikada tətbiqi, modellərin müqayisəsi və s. mövzularda məruzələri dinlənilib, iştirakçıların təqdimatları keçirilib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.