İQTİSADİYYAT


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni saytının loqosunun tərtibatına dair müsabiqə elan edib

A+ A

Bakı, 10 dekabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 21-də Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən internet portalının yaradılmasına dair Sərəncamına uyğun hazırlanmış www.azexport.az saytının rəsmi loqosunun tərtib olunması məqsədilə müsabiqə elan edib. 

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, portal alqı-satqı (e-commerce) platforması kimi fəaliyyət göstərəcək. Portala ödəniş, nəqliyyat və nüfuzlu beynəlxalq alqı-satqı şirkətləri inteqrasiya edilib.

Müsabiqə komissiyası tərəfindən ən yaxşı qiymətləndirilən orijinal loqo qalib seçiləcək və ictimai qaydada elan ediləcək. Seçilmiş loqo portalın rəsmi loqosu statusunu alacaq və loqodan istifadə hüququ yalnız azexport.az saytına məxsus olacaq. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən birinci yerin qalibi üçün 500 manat məbləğində mükafat müəyyən edilib.

Müsabiqədə iştirak etmək üçün şərtlər: loqo əvvəllər yayımlanmamalı, loqo portalın konseptual dizaynı üçün əsas olmalıdır.

Loqotip vektor formatında olmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər dekabrın 20-dək təkliflərini [email protected] e-mail ünvanına təqdim etməlidirlər. Maraqlananlar (012) 521 00 00 (daxili: 27 621) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.