İQTİSADİYYAT


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycanda yeni iqtisadi model müzakirə olunub

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycan qısa və uzunmüddətli dövrdə davamlı inkişafı təmin etmək üçün böyük potensiala malikdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildiriblər ki, bu fikir Mərkəzdə "Milli iqtisadiyyat perspektivi" mövzusunda keçirilən alt-işçi qrupunun toplantısında səsləndirilib.

Toplantıda Azərbaycanda yeni iqtisadi model mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə fiskal dayanıqlılıq və orta müddətli xərclər çərçivəsi barədə müzakirələrdə qeyd edilib ki, ölkə qısa və uzunmüddətli dövrdə davamlı inkişafı təmin etmək üçün böyük potensiala malikdir.

Toplantıda, eyni zamanda, pul kütləsi və faiz dərəcələrinin gücləndirilmiş koordinasiyası, çevik məzənnə siyasəti və effektiv makroiqtisadi koordinasiya çərçivəsi barədə müzakirələr aparılıb, iqtisadiyyatın ixtisaslaşdırılması istiqamətində müvafiq təkliflər verilib.

Müzakirələrdə Prezident Administrasiyası, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və digər qurumların nümayəndələri iştirak ediblər. Bütün təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" üzrə İşçi Qrupuna təqdim edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində iqtisadiyyatın bütün əsas istiqamətləri üzrə müzakirə platformaları təşkil olunub.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.