Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin azexport.az portalı təqdim olunub [YENİLƏNİB]

Bakı, 20 dekabr, AZƏRTAC

Dekabrın 20-də “ADA” Universitetində və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan azexport.az portalının "AmCham"ın dəstəyi ilə təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir. Dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-logistika şirkətləri və ödəmə sistemləri Azərbaycan mallarının realizasiyası üçün əlverişli şəkildə azexport.az-a inteqrasiya olunublar. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli olan azexport.az vasitəsilə “Made in Azerbaijan” brendi alıcılara yaxınlaşdırılır.

Sonra azexport.az portalının meneceri Zaur Qardaşov portalın mahiyyəti və imkanları barədə təqdimat edib. Portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edilib. Zaur Qardaşov, həmçinin portala inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları barədə də məlumat verib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda ixracın genişlənməsi istiqamətində azexport.az saytının imkanlarını yüksək qiymətləndirərək, verəcəyi töhfələrdən bəhs edib. Sahibkarlığın inkişafının yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri olduğunu vurğulayan komitə sədri deyib ki, cari ilin əvvəlindən uğurla reallaşan islahatların əsas prioritetlərindən biri məhz ixracın genişləndirilməsi, Azərbaycan brendi ilə qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satılmasının təşviqidir.

“Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülür. azexport.az saytı da bu baxımdan əhəmiyyətli missiya həyata keçirəcək”, - deyə Z.Səmədzadə qeyd edib.

“Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac potensialı son 15 ildə 5 dəfə, son 10 ildə 56 faiz, son 5 ildə isə 30 faiz artıb. Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac potensialının təxminən 90 faizi qonşu Rusiya bazarının payına düşür. Burada əsas arqument kimi Azərbaycanın istehsal etdiyi məhsulların keyfiyyət amilini xüsusi vurğulamaq lazımdır. Ötən ilin sonu bu ilin əvvəlində FAO ilə birgə apardığımız araşdırma göstərdi ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində ixracpotensiallı 110 sahibkar fəaliyyət göstərir. Çox təəssüf ki, bu sahibkarlardan təxminən 6-nın ixrac imkanları 50 faizdən yüksəkdir. Təxminən 25 sahibkarın ixrac imkanları 90 faiz təşkil edir. Səbəbləri araşdırarkən müəyyən etdik ki, bu, informativ mühitin qənaətbəxş səviyyədə olmaması ilə bağlıdır. Hesab edirəm ki, azexport.az portalının yaradılması məhz bu problemin aradan qaldırılmasında çox ciddi vasitə olacaq”, - deyə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov vurğulayıb.

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) prezidenti İlqar Vəliyev bildirib ki, imkanların daim artan xətt üzrə inkişaf etməsi Azərbaycanda də həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. azexport.az platforması isə, öz növbəsində, ölkənin ixrac potensialının artırılmasına dəstək verməkdə xüsusi əhəmiyyət kəsb edir. Artıq sahibkarlar öz məhsullarını xarici ölkələrdə seçdiyi bazarlara daha rahat şəkildə çıxara biləcəklər. Adıçəkilən portal, həmçinin “Made in Azerbaijan” brendinin xarici bazarlarda daha da məşhurlaşması üçün əvəzsiz rol oynayacaq. Sahibkarlar isə əvvəlki dövrlərdən fərqli olaraq öz məhsullarını tanıtmaq üçün bir çox əlavə xərclərdən də azad olacaq ki, bu da onlar üçün böyük stimul rolunu oynayacaq. Azərbaycanın onun əsas tərəfdaşları ilə ixrac sahəsində əlaqələr qurmasına yönələn layihə kimi bu portal ölkəmizin ixrac mövqelərini də möhkəmləndirəcək.

Artıq bir neçə ölkədə təmsilçiliklərin mövcud olduğunu deyən “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal diqqətə çatdırıb ki, azexport.az vasitəsilə yerli məhsulların xarici bazarlara çıxarılması istiqamətində dövlət başçısının yaratdığı imkanlardan faydalanaraq, ixrac potensialının artırılması üçün tədbirlər həyata keçiriləcək. “Azərsun Holdinq” bundan sonra da portalın məhsulların yerləşdirilməsi və tanıdılması, eləcə də məlumat bazasının yenilənməsi kimi yaratdığı fürsətdən maksimum şəkildə faydalanacaq. Biz çox şadıq ki, “Azərsun Holdinq” məhsulları azexport.az vasitəsilə xaricdə təmsil olunacaq”, - deyə A.Goozal bildirib.

“GoldenPay “şirkətinin rəhbəri Fərid İsmayılzadə bildirib ki, Azərbaycanın ən böyük internet şirkəti olaraq belə bir tədbirdə iştirak etmək təmsil etdiyi qurumun strateji hədəflərinə daxildir. F.İsmayılzadə deyib: “Biz azexport.az portalına dəstəyi yalnız iştirakla məhdudlaşdırmaq istəmirik. Onun uğurlu olması üçün təcrübəmizi, texniki və digər imkanları bölüşməyə hazırıq. Hesab edirəm ki, portalın xaricdə tanıdılması xüsusilə vacibdir”.

Sonda azexport.az resursuna aid videoçarx nümayiş etdirilib. Videoçarxda BMT İnkişaf Proqramının mütəxəssisi Goran Sumkovski, Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun direktoru Tunc Uyanık, all.biz alqı-satqı platformasının nümayəndəsi Rüxsarə Ramazanova, alibaba.com Qlobal Partnerinin baş meneceri Fren Chin çıxış edərək, azexport.az portalı ilə əməkdaşlıqlarını qeyd ediblər, eləcə də portalın Azərbaycanda biznesin inkişafına dəstək olacağına əminliklərini ifadə ediblər.

Qeyd edək ki, azexport.az saytı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur

Media: İsrail bazar ertəsi İrana cavab zərbəsi endirməyi planlaşdırıb

Basketbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək

Gürcüstanın Baş naziri: Arqumentsiz bəyanatlar hakim partiyanın qərarına yenidən baxılmasına əsas ola bilməz

Yüksək Liqa: “Azərreyl” finala yüksəlib

Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb

Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək

Sergey Markov: Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması iki ölkə arasındakı razılaşmalara əsasən həyata keçirilir

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş

Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı Sərəncamdan irəli gələn tədbirlərə dair iclas keçirilib

Bilyard Federasiyasının prezidenti: Avropa çempionluğu tarixi nəticədir

Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub

Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib

Şimali Makedoniya ictimaiyyəti Cənubi Qafqazdakı reallıqlar barədə məlumatlandırılıb

Rusiyalı deputat: Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib

® ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verilib

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Milli Məclisdə Xəzər dənizinin Azərbaycana aid bölməsində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi olub

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub