İQTİSADİYYAT


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Asiya Beyin Mərkəzlərinin IV Forumunda iştirak edir

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Asiya Beyin Mərkəzlərinin IV Forumunda çıxış etmək üçün Hindistanın paytaxtı Dehli şəhərində səfərdədir.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Vüsal Qasımlı forumda Asiyada iqtisadi inkişaf trendləri, o cümlədən Azərbaycanda aparılan iqtisadi islahatlar və milli iqtisadiyyatın strateji yol xəritəsi barədə məruzə edəcək. Eyni zamanda, İİTKM-nin icraçı direktorunun Asiyanın lider beyin mərkəzlərinin rəhbərləri ilə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün müzakirələr aparacağı nəzərdə tutulub.

Bundan sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycanı Asiya Beyin Mərkəzlərinin İnkişafı Forumunda təmsil edəcək.

İİTKM-nin icraçı direktoru ilə bərabər foruma Çin, Hindistan, Yaponiya, Koreya Respublikası, Pakistan və başqa ölkələrin əsas beyin mərkəzlərinin rəhbərləri, həmçinin Hindistanın maliyyə naziri qoşulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.