Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

İqtisadi artımı iqtisadi inkişafa çevirəcək Strateji Yol Xəritəsi

İqtisadi artımı iqtisadi inkişafa çevirəcək Strateji Yol Xəritəsi

Bakı, 12 yanvar, AZƏRTAC

İqtisadi inkişaf uzunmüddətli əmək və əsaslandırılmış strateji hədəflər olmadıqca çox həssas bir prosesə çevrilir və tez-tez kənar amillərin təzyiqinə məruz qalır. Xüsusilə idxal asılılığı və ixracda müəyyən azsaylı məhsullarla təmsil olunan resurs ölkələrində iqtisadi artımın iqtisadi inkişafa çevrilməsi adətən həmin resursların dünya bazarındakı qiymət çalxalanmalarından asılılığı iqtisad və idarəetmə elmlərində məlum məsələdir. İqtisadi artımın ən pik olduğu 2011-2012-ci illərdə Azərbaycan neft gəlirlərinə görə dünyada ən sürətlə artan iqtisadiyyata malik olsa da, son illər neftin dünya bazarındakı qiymətinin azalması, manat-dollar nisbətinin kəskin dəyişməsi və digər amillər milli iqtisadiyyatımızda müəyyən artım göstəricilərinin azalmasına gətirib çıxarıb. Bu baxımdan iqtisadi artımı bərpa etmək və uzunmüddətli strateji hədəf kimi dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün xüsusi elmi-iqtisadi cəhətdən əsaslandırılmış hədəflərin qoyulması və həmin hədəflərə çatmaq üçün iqtisadi islahatların yeni dalğasının zəruriliyi açıq-aşkar hiss olunmağa başlayıb.

Bunu AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyəti innovasiya şöbəsinin rəisi Vüqar Babayev bildirib.

Qeyd olunub ki, strateji hədəflər və müvafiq iqtisadi islahatların aparılması üzrə ölkə rəhbərliyinin vaxtında verdiyi vacib qərara əsasən hazırlanan “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün kifayət qədər ciddi və ümidverici bir sənəddir. Belə ki, sənədə uyğun olaraq konkret hədəflər və bu hədəflərə nail olmaq yolları göstərilib, “qızıl qayda”ya əsaslanan meyarlar müəyyənləşdirilib və milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması prioritetləşdirilib. Bu baxımdan sənəddə yer alan məsələlərin diqqətlə həyata keçirilməsi, əminliklə demək olar ki, orta və uzunmüddətli dövr üçün geniş perspektivlər açır.

Sənəddə elm, innovasiya, təhsil və tədqiqata verilən önəm isə xüsusilə vurğulanmalıdır. Qeyd olunduğu kimi, “Qabaqcıl texnologiyaların idxalı ilə yanaşı, həm də onu idarə edən insan kapitalının formalaşdırılması, ümumilikdə təfəkkür tərzinin yeni qlobal çağırış və meyillərə uyğun inkişafı həyata keçiriləcək. Daha qabaqcıl texnologiya və insan kapitalı daha yüksək əlavə dəyər yaradır. Azərbaycanın elmi potensialı qlobal meyillərə uyğun olaraq yeni texnologiyaların inkişafına töhfə verəcəkdir”. Beləliklə, iqtisadi inkişafın elm və texnologiyalar olmadan təsəvvür edilmədiyi müasir rəqabət şəraitində Azərbaycan iqtisadiyyatı üçün elmə ayrılan diqqəti nəzərə alaraq elm-innovasiya-sənaye zəncirinin səmərəli təşkili xüsusi önəm qazanmış olur. İnsan kapitalının inkişaf etdirilməsi üzrə strateji hədəf elmi ictimaiyyət qarşısında innovasiyaya meyilli (elm və texnologiya tutumlu) istehsal (xidmət) sektorunun investisiya cəlbediciliyinin artırılması, klasteryaratma təşəbbüslərinin dəstəklənməsi və əmək məhsuldarlığının yüksəldilməsi üzrə əsas prioritetləri müəyyənləşdirməklə rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması vəzifəsini qoymuş olur.

V.Babayev bildirib ki, sənəddə nəzərdə tutulan “təhsil-elm-istehsal” əlaqələrinin səmərəliliyinin artırılması istiqamətindəki işlər artıq AMEA-da görülən işlərdə əksini tapıb. Belə ki, “Azərbaycan Milli Elmlər Akademiyası “elm-təhsil-istehsal” zəncirində fəal iştirak etməklə Azərbaycanın qlobal istehsal zəncirində iştirakına öz töhfəsini verir. Hazırda AMEA “elm-təhsil-istehsal” zəncirini qurmaq məqsədilə tədqiqat universitetlərinin yaradılması ilə bağlı bir sıra addımlar atmışdır” fikrinin yer aldığı Strateji Yol Xəritəsində o da vurğulanır ki, “elmin inkişafı təşviq ediləcək, özəl sektor tərəfindən araşdırma və təkmilləşdirmələrə investisiya qoyuluşunu təmin etmək üçün stimullaşdırıcı tədbirlər görüləcəkdir... Elmi tədqiqatların aparılmasını, sınaqdan keçirilməsi və tətbiqini, “elm-istehsal-bazar” əlaqələrinin optimallaşdırılmasını təmin edəcək, köməkçi xarakterə malik qurumların yaradılması təşviq ediləcəkdir”.

Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının (YTP) yaradılması məhz həmin institusional-təşkilati inkişafın parlaq nümunəsidir. Elmi tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması yolu ilə YTP strateji hədəflərə nail olmaq üçün öz töhfəsini verəcək. Milli iqtisadiyyatın neftdən asılılığını azaltmaq, idxaləvəzləyici sektorları inkişaf etdirmək, ixrac bazarlarında rəqabət üstünlükləri əldə etmək, qlobal dəyər zəncirlərində iştirakı artırmaq və digər strateji hədəflərə nail olmaq üçün Parkın görəcəyi işlər və perspektivlər kifayət qədər genişdir. Belə ki, qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi ilə resurs asılılığının azaldılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində YTP startaplara və özəl şirkətlərə əlverişli mühit yaratmaqla rəqabətqabiliyyətli bazar subyektlərinin yaradılması və idxaləvəzləyici sektorların formalaşdırılması, özəl şirkətlərə stimullaşdırıcı şərait yaratmaqla ixracmeyilli sektorlar üçün rəqabət üstünlükləri qazandırılması, bu istiqamətdə beynəlxalq əməkdaşlıq imkanlarından istifadə edilməsi, tədqiqat və təkmilləşdirmə işlərinin nəticəsi olaraq qlobal dəyər zəncirlərində spesifik məhsullar üzrə ixtisaslaşaraq bazar payı əldə edilməsi, nəzərdə tutulan sektor və hədəflər üzrə elmi problemlərin həlli istiqamətində proqram və tədqiqatlar həyata keçirilməsi üzrə AMEA-da, xüsusilə AMEA Yüksək Texnologiyalar Parkı üçün bütün lazımi infrastruktur şərait yaradılıb və bu qurumun cari ildən etibarən töhfələrini verə bilməsi üçün intensiv işlər həyata keçirilir.

İnnovasiya şöbəsinin rəisi vurğulayıb ki, ölkəmizin iqtisadi inkişafının dayanıqlılığı və rəqabətqabiliyyətliliyi baxımından önəmli olan Strateji Yol Xəritəsi həm elmə ayırdığı diqqət və əhəmiyyətinə, həm də beynəlxalq sınanmış təcrübələri nəzərə aldığına görə yüksək qiymətləndirilməli, hazırkı iqtisadi şəraitin müsbətə doğru dəyişdirilməsi üçün bütün müvafiq institutların birgə, fəal və məhsuldar iştirakı təmin edilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar