CƏMİYYƏT
İqtisadiyyat Nazirliyi "Heydər Əliyev və iqtisadi islahatlar" mövzusunda yaradıcılıq müsabiqəsi elan edir
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar KİV nümayəndələri arasında "Heydər Əliyev və iqtisadi islahatlar" mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə təqdim ediləcək məqalələr 8 min işarədən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalı, Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də yerləşdirilməli, materialların sonunda "İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" qeydi göstərilməlidir.
Materiallar KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə aprelin 20-dək İqtisadiyyat Nazirliyinə təqdim edilməli və elektron formada [email protected] ünvanına göndərilməlidir.
Müsabiqənin qalibləri mükafatlandırılacaqlar.