İQTİSADİYYAT


İqtisadiyyat Nazirliyi istehlakçılara müraciət edib

Bakı, 6 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyi istehlakçılara müraciət edib.

İstehlakçı hüquqlarının qorunmasında istehlakçı fəallığı mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların istehsal və son istifadə tarixlərinə, malın ticarət müəssisəsində saxlanılması şəraitinin onun etiketində göstərilən tələblərə uyğun olmasına, malın etiketində istehsalçının adı və ünvanı barədə dolğun məlumatın olub-olmamasına xüsusi diqqət yetirməyi tövsiyə edir.

Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir.

İstehlakçılardan saxlama müddəti ötmüş malların satışı, malların saxlanılması şəraitinə əməl olunmaması, ümumilikdə ticarət qaydalarının pozulması halları ilə rastlaşdıqda 195-2 Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və "Facebook" səhifəsi vasitəsilə İqtisadiyyat Nazirliyinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla və www.consumer.gov.az internet saytı vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur. Hüquqlarınızı tələb edin. Bu sizin haqqınızdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.