İQTİSADİYYAT


İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə müraciət edib

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2017-ci il tarixli Sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, istehsal, ticarət, xidmət, tikinti, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizat işləri, məişət tullantılarının və digər yüklərin daşınması may ayının 5-dən 25-dək saat 22:00-dan 07:00-dək həyata keçirilməlidir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təchizatı gündüz saatlarında həyata keçirilməli olan obyektlərdə bu işlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən xüsusi icazələr əsasında aparılacaq.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə təsərrüfat fəaliyyətlərinin təşkili zamanı qeyd olunanların nəzərə alınmasını və həmin işlərin müəyyən olunmuş vaxtlarda həyata keçirilməsi üçün tədbirlər görülməsini tövsiyə edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.