İQTİSADİYYAT


İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət etmək imkanları genişləndirilib

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına sahibkarların birbaşa elektron qaydada müraciət etməsi üçün [email protected] poçt ünvanı yaradılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu ünvan vasitəsilə sahibkarlar təkrar şikayətlərini Nazirliyin Apellyasiya Şurasına elektron qaydada da göndərə bilərlər. Elektron müraciətə qanunvericiliyin tələblərinə uyğun baxılaraq nəticəsi barədə müraciət edən şəxsə rəsmi məlumat veriləcək.

Bundan başqa, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət prosedurunun sadələşdirilməsi, bu sahədə vaxt itkisinin qarşısının alınması və operativliyin təmin olması məqsədilə nazirliyin www.economy.gov.az saytında elektron müraciət üçün xüsusi bölmə də fəaliyyət göstərir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına indiyədək 22 müraciət daxil olub. Bu müraciətlərin 21-i mövzu və prossesual baxımından İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının predmeti olmadığından, mahiyyəti üzrə baxılması üçün nazirliyin aidiyyəti strukturlarının icraatına verilib. Bir müraciətə isə İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilib və nəticəsi barədə sahibkara rəsmi məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.