İDMAN


İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında stolüstü tennis turniri keçirilir

Bakı, 10 dekabr, AZƏRTAC

Dekabrın 10-da İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında stolüstü tennis turnirinə start verilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) AZƏRTAC-a bildiriblər ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda nazirliyin 40-dək əməkdaşı mübarizə aparır. Turnir şəxsi kateqoriyada beynəlxalq stolüstü tennis qaydaları əsasında keçirilir.

Yarışın məqsədi nazirliyin əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin, o cümlədən stolüstü tennisin təbliğidir.

Qaliblər İqtisadiyyat Nazirliyinin həmkarlar ittifaqı komitəsinin və ASTF-in diplom və mükafatları ilə təltif olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.