İQTİSADİYYAT


İqtisadiyyat naziri Azərbaycan şirkətinin Serbiyada tikdiyi avtomobil magistralının açılışında iştirak edəcək

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 7-də iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyada səfərdə olacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan hökuməti və Serbiya hökuməti arasında imzalanmış kredit sazişinə əsasən, maliyyələşdirilən və baş podratçısı Azərbaycanın “AzVirt MMC” şirkəti olan Serbiyanın əsas avtomobil magistralının Ljig-Boljkovci, Boljkovci–Takovo və Takovo-Preljina hissələrinin açılışında iştirak edəcək.

Səfər zamanı Serbiyanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, Azərbaycan-Serbiya əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.